Prezidentin BBC-yə müsahibəsi rekorda imza atıb

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrın 6-da “BBC News”a verdiyi müsahibə rekorda imza atıb.
 
Ölkə başçısının müsahibəsinə Tvitter hesabında 3 milyondan çox baxış olub.
 
44 günlük Vətən Müharibəsi dövünə təsadüf edən müsahibə beynəlxalq arenada böyük maraq doğurub və geniş müzakirələrə yol açıb.
 
İndiyədək Azərbaycanda tirajlanan heç bir müsahibə dünya müstəvisində bu qədər geniş izlənilməyib. Ölkə başçısının müsahibəsinin Tvitterdə 3 milyondan çox istifadəçi tərəfindən baxılması Azərbaycan üçün rekord göstəricidir.
 
 
Məlumat üçün bildirək ki, sözügedən müsahibə zamanı təxribatçı suallarla çıxış edən BBC-nin jurnalisti Prezident İlham Əliyevin ortaya qoyduğu real faktlar qarşısına aciz qalıb. Müsahibə boyu ona ünvanlanmış qərəzli sualları səbir, təmkin və sübutlarla cavablandıran dövlət başçısı avropalı jurnalistə sözün əsl mənasında “master klass” keçib.
 
Ümumilikdə isə Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını müdafiə edib, həqiqətləri bütün dünyaya çatdırıb.