“Korrupsiya ilə mübarizə mövzusunda müsabiqə” elan edilib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində “Korrupsiya ilə mübarizə mövzusunda müsabiqə” elan edilib.
 
Müsabiqəyə son müraciət tarixi 08 may 2021-ci ildir.
 
Müsabiqənin şərtləri:
 
Poster: Poster üçün ideya dövlət orqanlarının şəffaflığı, hesabatlılığı və ya korrupsiya ilə mübarizəyə həsr olunmalıdır. Poster ideyasında şəkil, qrafika və söz(lər) ola bilər. Posterin ölçüləri barədə hər hansı məhdudiyyət yoxdur. Ümumi 3 poster qalib seçiləcək.
 
Videoçarx: video çarx üçün ideya/süjet dövlət orqanlarının şəffaflığı, hesabatlılığı və ya korrupsiya ilə mübarizəyə həsr olunmalıdır. Maksimum müddəti 1 dəqiqə olmalıdır. Ümumi 1 video çarx qalib seçiləcək.
 
İştirak hüququ:
 
• Qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları;
• 14-35 yaşı olan aktiv gənclər;
• 18-35 yaşı olan gənc jurnalistlər.
 
Mükafatlandırma:
 
Təqdim edilmiş məhsullar Müsabiqə Komissiyası tərəfindən seçiləcək. Nəticələr barədə qalib şəxslərə məlumat veriləcək və “QHT qanunvericiliyi” Facebook səhifəsində məlumat dərc ediləcək. Seçilmiş üç poster və bir videoçarxa görə hər bir qalibə 1000 (min) AZN mükafat təqdim ediləcək (ümumilikdə mükafat fondu 4000 AZN təşkil edir).
 
Məhsullara mülkiyyət hüququ:
 
Müsabiqə nəticəsində qalib seçilmiş posterlərə və video çarxa mülkiyyət hüququ MG Consulting MMC-yə məxsus olacaq və bu məhsullar peşəkar şirkətlər tərəfindən işləndikdən sonra ictimai reklam lövhələrində yerləşdiriləcək.
 
İştirak üçün müraciət:
 
• Müsabiqədə iştirak etmək istəyən şəxslərdən Anketi doldurmaqla 8 may 2021-ci il tarixinədək office@mgc.az email-nə göndərmələri xahiş olunur (mövzu yerində “Müsabiqədə iştirak” yazılmaqla). Anketi burdan endirmək olar https://we.tl/t-6UZXLa84hH
• Eyni təşkilat və ya fiziki şəxs tərəfindən eyni zamanda bir neçə məhsulun (poster və video çarx) təqdim edilməsi mümkündür.
• Müsabiqə ilə əlaqədar suallar üçün office@mgc.az e-mail ünvanına yazmaqla əlaqə saxlamaq olar.