Hakimlərin davranışı üzrə Banqalor prinsiplərinin Kommentariyası

Geniş hüquq ictimaiyyətinə təqdim olunan kitabın – “Hakimlərin davranışı üzrə Banqalor prinsiplərinin Kommentariyası” BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Idarəsi tərəfindən hazırlanmışdır. Qeyd olunan vəsait hakimlərin etik davranış qaydalarını normativləŞdirməklə onların vəkillərlə, digər hüquqşünaslarla münasibətlərini, habelə hakimlərin gündəlik həyatlarında riayət etməli olduqları davranış prinsiplərinin şərhini nəzərdə tutur. 04-05.04.2011-ci il tarixlərdə Gürcüstanın Tiflis Şəhərində “Mustəqillik, Obyektivlik, Səmərəlilik, iəffaflıq, Səlahiyyətlilik – Cənubi Qafqazda məhkəmə islahatının muasir cağırışları” mövzusunda keçirilən beynəlxalq konfransın yekunu olaraq tədbir iştirakçıları “Hakimlərin davranışı uzrə Banqalor prinsipləri”nin məhkəmə hakimiyyəti sisteminin təkmilləşdirilməsinin ayrılmaz hissəsi olmalı olduğunu “Konfransın Yekun Tövsiyələri”ndə qeyd etmişlər. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub.



22.01.2016 | 10:03