Yazı müsabiqəsi elan olunub
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar arasında “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir.
 
ASK-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə 8-11, 12-15 yaş qruplarında şagirdlər iştirak edə bilərlər. Müsabiqə Azərbaycanda sahibkarlığın təbliği, erkən yaşlarda sahibkarlıq anlayışının formalaşdırılması, uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq məqsədi daşıyır.
 
Mükafat fondu: 1-ci yer – 200 AZN dəyərində hədiyyə; 2-ci yer – 150 AZN dəyərində hədiyyə; 3-cü yer – 100 AZN dəyərində hədiyyə.
 
Müsabiqədə iştirak etmək istəyənlər 8-11, 12-15 yaş qruplarında, şagirdlər olmalıdırlar. Bir uşaq yalnız bir məqalə ilə iştirak edə bilər.
 
Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır. Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.
 
Hazırlanan yazılar mayın 27-dək aşağıda göstərilənlərlə birlikdə “sahibkar@ask.org.az” elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir (Şəxsiyyət vəsiqəsinin sürəti, oxuduğu məktəb və sinif, ev və ya mobil telefon).
 
Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqəyə buraxılmayacaq. Qaliblər iyunun 1-də elan ediləcək.
 
 


19.05.2020 | 11:25