B.Ə. Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 12 mart 2020-ci il
Prezident.az
 
 


12.03.2020 | 16:00