ELSA Azərbaycan Beynəlxalq Şura Toplantısında iştirak edib
qhtxeber.az  Rumıniyanın Konstanta şəhərində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının 76-cı Beynəlxalq Şura Toplantısı keçirilib. 
 
Toplantı ərzində ELSA Beynəlxalq təşkilatının strateji məqsədləri, struktur dəyişiklikləri, yeni planları və hədəfləri, 2020-ci ilin mart ayında Maltada  keçiriləcək ELSA-ın 77-ci Beynəlxalq Şura Toplantısında müzakirə olunacaq məsələlər barəsində danışılıb. 
 
40-dan çox ölkədən 300-ə yaxın nümayəndənin, eyni zamanda ELSA Beynəlxalq təşkilatının Əsas İdarə Heyətinin iştirak etdiyi toplantıda ELSA Azərbaycanı təşkilatın Prezidenti Fail İbrahimov, Baş katibi Bayram Baxşəliyev, Xəzinədarı Murad İsmayılov, Akademik Fəaliyyətlər üzrə Vitse-Prezidenti Rəşad Məhəmmədzadə və Tələbə Təcrübə Proqramları üzrə Vitse-Prezidenti Mirazər Məmmədzadə təmsil ediblər.
 
 
 


08.11.2019 | 15:08