Şuranın dəstəklədiyi layihə çərçivəsində Şəhidlər Xiyabanında təmizlik aksiyası keçirilib
qhtxeber.az  “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Region gəncləri arasında hərbi vətənpərvərlik hissinin gücləndirilməsinə dair təşəbbüslər” adlı layihəsini davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində Ağdam rayonunda Quzanlı və Eyvazlı kəndinin şəhid qəbiristanlıqlarında şəhidlərin məzarı ziyarət edilib və təmizlik işləri aparılıb. 
 
Tədbirdə Qarabağ müharibəsi şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədri T. Quliyev, layihə rəhbəri G. Cəfərova, ekspert A. İmanova, Ağdam Musiqi kollecinin direktor müavini C. Qəhrəmanov və kollecin şagirdləri iştirak ediblər.
 


09.10.2019 | 11:27