Şuranın dəstəyilə məişət zorakılığına qarşı tədbir keçirilib
qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Himayədar” Tənha və Valideyn Himayəsinə Ehtiyacı olanlara Kömək İctimai Birliyi “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində 6 saylı Cəbrayıl rayon Məcburi Köçkün Qəsəbəsində təlim keçirilib. 
 
Təlimdə layihə rəhbəri Rafiq Təhməzov çıxış edərək iştirakçılara layihə və onun donoru haqqında məlumat verib. 
 
Təlimçi Nizami Musayev və ekspert Qızbəs Məmmədova tədbir iştirakçılarına məişət zorakılığının baş vermə forma və səbəbləri, ondan çıxış yolları barədə ətraflı məlumat verərək, iştirakçıların müvafiq mövzuda suallarını cavablandırıblar.
 
İştirakçı Nəcibə Səfərova çıxış edərək ailə məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin gənc ailələr üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
 
 
 


11.09.2019 | 10:18