Şəhid ailələrinin uşaqları üçün yay məktəbi təşkil edilib-Şuranın dəstəyilə
qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Ailələrə Sosial Dayaq İctimai Birliyi "Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili" layihəsi həyata keçirir.
 
Layihənin əsas məqsədi vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün yay məktəbinin təşkili yolu ilə onların tətil dövründə asudə vaxtının təşkilinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir. 
 
Layihə çərçivəsində Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid uşaqları üçün iki həftəlik yay məktəbi təşkil edilib. İki həftə ərzində seçilmiş şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar və səyahət təşkil olunub.
 
QHT sədrinin, layihə rəhbəri, pedaqoq, veteranlar, yay məktəbinin iştirakçıları və konüllülərin iştirakı ilə tədbir keçirilib. Tədbirin əsas mahiyyəti məktəbliləri şəhərin mədəniyyət və incəsənət yerləri ilə tanış etmək, onlara həmin yerlər haqqında məlumat vermək olub. Tədbirdə yay məktəbi iştirakçıları Qarabağ veteranları birgə musiqi alətlərində ifalar ediblər , vətənpərvərlik ruhunda mahnılar oxuyublar.
 
Sonra yay məktəbi iştirakçıları şəhərin mədəniyyət və incəsənət yerlərinə ekskursiya ediblər. Onlar Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Muzeyində və Mingəçevir Rəsm Qalereyasında olublar. Məktəblilərə ekskursiya çərçivəsində tarıxı abidələr, eksponatlar, rəsmlər barədə ətraflı məlumat verilib.
 


16.08.2019 | 11:02