“Sosial İnkişaf üçün İncəsənət” təlimlərinə start verilir
qhtxeber.az  Təhsil sahəsində ixtisaslaşan Education HUB “İNKIŞAF ZAMANI” proqramı çərçivəsində Azərbaycanda yaşayan gəncləri “Sosial İnkişaf üçün İncəsənət ” mövzusu altında keçiriləcək təlimlərdə iştirak etməyə dəvət edir. 
 
Burada əsas ideya incəsənət vasitəsi ilə gənclərin yaşadıqları icmanı inkişaf etdirmək və müsbət sosial dəyişiklik yaratmaqdır. 
 
Proqram çərçivəsində icmalarında fəal olan və ya fəal olmaq istəyən gənclər öz təşəbbüslərini reallaşdırmaq üçün layihə yazılışı, büdcənin idarə olunması sahəsində lazımı bilik, bacarıq və mentor dəstəyi əldə edirlər.  
 
Qeyd edək ki, təlimlər 2019-cu ilin iyul və dekabr aylarını əhatə edəcək. Ərizələrin qəbulu 20 iyun 2019-cu ilədəkdir.  Ətraflı məlumat aşağıdakı linkdədir:
 
 


27.05.2019 | 09:38