Uğur və sağlamlıq
Sizin uğur və sağlamlığınız ünsiyyətdə olduğunuz insanlardan asılıdır. Əgər neqativ və küskün, həyatından haqlı-haqsız narazı insanlarla ünsiyyətdə olmaq məcburiyyətində qalmısınızsa, belə halda ünsiyyəti “qarışdırmaq” lazımdır. Eynilə həmin zaman qədər zamanı mehriban və ağıllı insanlarla ünsiyyətdə olmaq və ya yaradıcılıqla məşğul olmaq, yaxud da təbiət qoynuna baş vurmaq lazımdır.
 
Sizin sağlamlıq və uğurunuz kiminlə ünsiyyətdə olduğunuzdan asılıdır. Yaxşı insanın ətrafı həmişə “ortabab” olur. Yaxşı insan hamını dinləyir, kömək etməyə, dəstək olmağa, paylaşmağa çalışır. Başqalarına daha yaxşı, mehriban davranır, arınmalarına vasitəçi olmağa çalışır...
Zərərli ətraf mühit insanın bütün energetikasını çəkir. Zaman keçdikcə belə bir ətraf mühit insanın enerjisini “yeyir” və nəticə etibarı ilə o da zəifləyərək belə insanların aurasına köklənir.... Çünki... o təkdir! 
 
Beləliklə yaxşı insan da artıq soyuq, qəddar və rəhimsiz birinə çevrilir. Hər şey konsentrasiyadan və qədərdən asılıdır. Siz nə dərəcədə və hansı müddətdə neqativ insanlarla ünsiyyətdə olursunuz? Onlar sizin ətrafınızda nə qədərdirlər? Bəlkə siz elə ancaq onlarla ünsiyyətdəsiz? Bəlkə bu elə sizin iş yeriniz və gündəlik çalışma rejiminizdir? Axmaq, kobud, xroniki uğursuz, şikayətçi, hər zaman sızıldayan, aktiv və aqressiv şəkildə şikayət edən insanlar sizi məhv edirlər. Nəticə - əgər pozitiv, həyat dolu, sevincli, gülərüz, xeyirxah, səbirli qalmaq istəyirsinizsə daim neqativ saçan insanlardan uzaq durun. Çünki onlar sizin enerjinizin hesabına yaşayan insanlardır. 
 
Əgər obyektiv səbəblərdən elə insanlarla ünsiyyətdə qalmaq məcburiyyətindəsinizsə, çalışın görüşünüz maksimum qısa olsun. Görüş bitdikdən sonra eyni zamanı meditasiya və ya pozitiv insanlara sərf edin, aldığınız neqativləri pozitivlərlə kompensasiya edin. 
 
NLP, motivator
 
 


22.02.2019 | 14:18