QHT TV
Arxiv
Yan.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     


Axtarış: 
Ötən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 mindən çox turist ziyarət edib
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 9
qhtxeber.az// Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu son illərdə ziyarət edənlərin sayı xeyli çoxalıb.

Qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerli və xarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2016-cı ildə ziyarət edənlər 65 min 816 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 56 faiz çoxdur.

Ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib. Sözügedən tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 8155-i Rusiya, 6811-i ərəb ölkələri, 1582-si Çin, 1464-ü Almaniya, 1320-si İran, 1215-i Yaponiya, 1040-ı ABŞ, 974-ü Türkiyə, 864-ü İtaliya, 852-si İngiltərə, 620-si isə Fransa vətəndaşları olub. Bununla yanaşı, 2016-cı il ərzində qoruğa 2626 ekskursiya təşkil edilib. Onlardan 407-si Azərbaycan, 763-ü ingilis, 1456-sı isə rus dilində aparılıb.

Eyni zamanda, digər 8733 xarici turist isə müxtəlif ölkələri təmsil edib. Bütün bunlar Azərbaycanın, onun tarixi keçmişinin və müasir inkişafının öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü ildə Avropada ilin muzeyi müsabiqəsinin qalibi olub.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo