QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
Jurnalistlərin nəzərinə!
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 26
Yanvarın 16-dan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək.

Bakı-2017nin saytına istinadla xəbər verilir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq.

Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. Bakı-2017ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Martın 31-dən sonra edilən müraciətlər qəbul olunmayacaq. Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.

Oyunlardan əvvəl mayın 9-da və 11-də Atletlər Kəndinə iki media tur təşkil olunacaq. Media nümayəndələrinin Milli Olimpiya komitələrinin qonağı kimi dəvət edilməsi halları istisna olmaqla, onların Atletlər Kəndindəki yaşayış ərazisinə girişinə icazə verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq. Hər turda media nümayəndələrinin sayı 100-dən çox olmayacaq. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonra pressoperations@baku2017.com elektron ünvanından qeydiyyatdan keçməlidirlər.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo