QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
Birinci xanım Mehriban Əliyeva Fransanın dövlət katibi ilə görüşüb
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 17
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib, bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib.

Azərbaycanın birinci xanımı deyib ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd edib, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını deyib. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən Mehriban Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirib.

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıb.

Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirib.

Mehriban Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışıb, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.

Jan-Mari Le Guen isə Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söyləyib.

Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo