QHT TV
Arxiv
Yan.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     


Axtarış: 
QHT Ümid Yerində uşaqların müayinəsinə və müalicəsinə dəstək olub
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 45
qhtxeber.az// Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə Bakının Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında yerləşən uşaqların müayinəsi həyata keçirilib.

qhtxeber.az-ın məlumatına görə, müayinəni həkim-pediatr, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva aparıb.

Müayinələr zamanı uşaqların fiziki sağlamlığı dəyəndirilib, uşaqların sağlamlığında olan qüsur və patologiyalar müəyyən olunaraq uyğun müayinə və müalicələr tövsiyə edilib.

Eyni zamanda, bəzi reseptsiz dərmanlar uşaqlara təqdim olunub.

Təşkilatın rəhbəri Ruhiyyə Məmmədova sonda "Ümid Yeri" Uşaq Sığınacağının müdiri Nigar Mənsimliyə onlara yaradılan şəraitə, həkim - pediatr Sveta Rəfiyevaya bu aksiyaya dəstək verdiyinə görə təşəkkür edib.

Xatırladaq ki, xeyriyyə tədbiri "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Kimsəsiz uşaqların sağlamlığına dəstək olaq" ı aksiya çərçivəsində baş tutub.



 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo