QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
Yevlaxda Gömrük və gənc nəsil mövzusunda tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 15
qhtxeber.az// Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə əlaqədar olaraq Yevlax şəhərindəki 1 saylı tam orta məktəbdə Gömrük və gənc nəsil mövzusunda tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə, görüşdə Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətai Məmmədli iştirak ediblər.

Gömrük əməkdaşları məktəblilərə Ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar.
Vurğulanıb ki, məhz Ulu Öndərin rəhbərliyi altında milli gömrük siyasəti formalaşıb, gömrük sahəsində qanunvericilik bazası yaradılıb, gömrük orqanları müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunub, dünya standartlarına cavab verən gömrük sistemi yaradılıb. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub.

Şagirdlərə Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri barədə də geniş bilgi verilib.

Tədbirin sonunda məktəbin rəhbərliyi tərəfindən bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığı dilə gətirilib, gömrük əməkdaşlarına minnətdarlıq edilib.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo