QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
Beyləqanda Qarabağ mübarizləri görüşüb
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 18
qhtxeber.az// Beyləqan rayon şahmat məktəbində keçirilən şahmat turnirində Qarabağ bölgəsini əhatə edən 5 komanda iştirak edib.

qhtxeber.az-ın məlumatına görə, yarış İnnovativ Gənclər İctimai Birliyi tərəfindən icra edilən Qarabağ mübarizləri layihəsi çərçivəsində təşkil olunub. Turnirin açılışında Birliyin sədri Raul Əhmədov çıxış edib, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib.

Bildirilib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.

Yarışın sonunda qaliblərə kubok və diplomlar təqdim edilib.Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılır.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo