QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
Mərkəzdə Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 12.01.17 | Baxılıb: 12
qhtxeber.az// Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) görkəmli dövlət xadimi Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib.

qhtxeber.az-ın məlumatına görə,tədbiri İSİM-in direktoru Ceyhun Məmmədov açıb, Əziz Əliyevin mənalı ömür yolu, çalışdığı müxtəlif məsul vəzifələrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsindəki səmərəli fəaliyyəti, respublikada səhiyyə sistemi və tibb təhsilinin formalaşdırılmasına bəxş etdiyi layiqli töhfələr haqqında söhbət açıb. O, bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının nəzərinə çatdırıb, dövlətimizin ziyalı, yüksək nailiyyətlər qazanmış şəxsiyyətləri hər zaman qiymətləndirdiyini vurğulayıb.

İstedadlı təbib, təşkilatçı, həkim-tədqiqatçı, pedaqoq, maarifçi kimi xüsusiyyətlərə malik olan Ə.Əliyevin həyatı, ailəsi və yaradıcılığı barəsində İSİM-in Təlim-resurs şöbəsinin meneceri Cəmilə Kərimova geniş məlumat verib.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə Ə.Əliyevin tibb sahəsindəki fəaliyyəti, respublikada səhiyyə sisteminin və tibb təhsilinin inkişafındakı rolundan bəhs edib.

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Səfadə Tağıyeva görkəmli dövlət xadiminin siyasi fəaliyyəti təqdimatı maraqla qarşılanıb: Sərəncamda qeyd edildiyi kimi, Ə.Əliyevin İkinci Dünya Müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Ə.Əliyevin adı ilə sıx bağlıdır.

Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirin yekununda unudulmaz şəxsiyyətə həsr olunmuş sənədli film nümayiş etdirilib.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo