QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
The Hill nəşrində Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə dərc edilib
+  -  Çap 
Yerləşdirilib: 11.01.17 | Baxılıb: 22
Amerikada çıxan The Hill nəşrində ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini Abraham Kuperin məqaləsi dərc edilib.

Məqalədə İsrailin baş naziri Binyamin Netanyahunun Bakıya sonuncu səfəri, Azərbaycan-İsrail münasibətləri və Azərbaycanda tolerantlıq ənənələri mövzularına toxunulur.

Müəllif İsrailin baş nazirinin Azərbaycana səfərinin rəmzi mənasından söhbət açaraq yazır ki, Binyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü təkcə yəhudi və müsəlman liderlərinin bir-birinin əlini sıxması ilə əlamətdar deyil, bu səfər həm də iki xalqın dostluğunun və iki ölkə arasında 5 milyard dollar həcmində qarşılıqlı iqtisadi münasibətlərin təcəssümüdür. Ravvin yazır ki, keçən il sentyabr ayında Bakıda olub, orada UNESCO-nun dəstəyi ilə Simon Vizental Mərkəzinin Xalq. Kitab. Torpaq. Yəhudi xalqının Müqəddəs Torpaqla əlaqəsinin 3500 illiyi adlı sərgisinin təqdimatını keçirib.(AZƏRTAC)

Ravvin sonda qeyd edir ki, onilliklər boyu, hətta Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən əvvəl də multikulturalizmin geniş yayıldığı bu ölkəyə dəfələrlə səfər edib. A.Kuper yazır ki, sonuncu səfəri müddətində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlərin - Azərbaycanda çoxillik konfessiyalararası tolerantlıq və harmoniya ənənələrinin dəstəklənməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo