QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
Gənclərə peşə təhsilinin əhəmiyyəti izah edilib
+  -  Çap 
Yerləşdirilib: 11.01.17 | Baxılıb: 26
qhtxeber.az// Peşə təlimi zəmanətli gələcəkdir! layihəsi çərçivəsində növbəti təlim həyata keçirilib.

qhtxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində növbəti tədbir Bakı şəhərində 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzində həyata keçirilib. Təlimlər bu sahədə təcrübəli təlimçi Məmmədova Ülvi tərəfindən həyata keçirilib. Təlimdə Mərkəzin rəhbərliyi və müəllimlər iştirak edib.

Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir. Layihənin əsas məqsədi də gəncləri peşə təlimi və bu sahənin ixtisasları ilə bağlı məlumatlandırmaqdır. Gənclərə həm peşə mahiyyəti, həm də gələcək üçün doğru seçim barəsində məlumatlar verilib, peşə təhsilinin əhəmiyyəti ətrafında söhbətlər aparılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Fərid Məmmədov tərəfindən icra olunur.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo