QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
QHT sədri doğum gününü qeyd edir
+  -  Çap 
Yerləşdirilib: 11.01.17 | Baxılıb: 30
qhtxeber.az// Azərbaycanın ilk qadın sahibkarlarından biri, Xalça Dünyası Assosiasiyası İctimai Birliyinin sədri Fatimət Agamirzəyevanın doğum günüdür.

Quba rayon sakini Fatimət Ağamirzəyeva 1990-cı ildə Aygün kooperativini yaratmışdır. Fəaliyyət göstərdiyi ilk illər ərzində 500-ə yaxın qadın bu kooperativdə tikiş tikmə bacarığına yiyələnmişlər. Daha sonra isə burda xalça toxumağa başlanmışdır.

Yalnız 3 nəfərlə işə başlayan müəssisədə indi 50-dən çox təcrübəli sənətkar çalışır. Şirkətin istehsal etdiyi xalçalar dünya ekspertləri tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə beynəlxalq səviyyəli sərgi və yarmarkalarda müxtəlif diplom və mükafatlara layiq görülmüşdür.

Fatimət Ağamirzəyeva BMT-nin Avropa üçün İqtisadi Komissiyası tərəfindən Avropada 2002-ci ilin Ən yaxşı Qadın sahibkarı nominasiyasına layiq görülmüşdür.

O, 2003-cü ildə Cenevrədə ilin ən yaxşı qadın sahibkarı adlandırılmışdır.

Fatimət Ağamirzəyeva respublikada ilk dəfə tikişçilik sənətinə həsr olunmuş, bu sənətin incəliklərini açan Tikməyi-biçməyi öyrənin kitabının da müəllifidir.

Bu gün Fatimət Ağamirzəyevanın doğum günüdür.

qhtxeber.az saytı onu bu münasibətlə təbrik edir, gələcək işlərində uğurlar və müvəffəqiyyətlər arzulayır.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo