QHT TV
Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     


Axtarış: 
60 faiz nəticə göstərən ən yaxşı 3 şagird...
+  -  Çap 
Yerləşdirilib: 11.01.17 | Baxılıb: 19
qhtxeber.az// Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birincirayon (şəhər) mərhələsinə start veriləcək.

qhtxeber.az bu barədə Təhsil Nazirliyinin saytına istinadən xəbər verir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29691 şagirdin qatılacağı gözlənilir.

Respublika fənn olimpiadasında iştirak edəcək şagirdlərdən 10842 nəfər IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də vardır), 9311 nəfər X, 9538 nəfər isə XI sinif şagirdidir. 28014 nəfər şagird Azərbaycan, 1677 nəfər şagird isə rus bölməsində təhsil alır.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.


 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo