QHT TV
Arxiv
« Yan.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     


Axtarış: 
Diqqət! QHT kotirovka sorğusu elan edir
+  -  Çap 
Yerləşdirilib: 08.07.16 | Baxılıb: 373
“Qadınlar Arasında Həmrəylik” İctimai  Birliyi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Məişət zorakılığının aradan qaldırlması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Məişət zorakılığı hallarının aradan qaldırılması” mövzusunda video-çarxın çəkilişi işlərinin satın alınmasını həyata keçirir.


Video-çarx aşağıdakı parametrlərə cavab verməlidir:

1) Xronometraj: minumum-3-4 dəqiqə
2) Rəngli
3) HD keyfiyyət
4) Təsvir keyfiyyəti: 1280 x 720 (16×9 HD) və yaxud 640 x 480 (4:3 SD)
5)  Kodek-264, MPEG-2 və yaxud MPEG-4.
6)  Diskretizasiya tezliyi- 44,1 êÃö
7)  Konteyner- MPEGTS
8)  Kadrların dəyişməsi tezliyi-saniyədə 24-25 kadr
9)  Peşəkar kamera
10) Layihə ekspertləri ilə birlikdə ssenari ideyalarının verilməsi, ssenari hazırlanması və rejissor dəyərləndirilməsinin aparılması,   quruluş  verilməsi
11) Müasir qrafik   dizayn, səsləndirmə                 
12) Aktyorların kastiniqi və seçilməsi.

Video-çarx məişət zorakılığı hallarının qarşısının alınması,  məişət zorakılığının qarşısının alınmasının hüquqi əsasları, prinsipləri və tədbirləri, məişət zorakılığı  qurbanlarının müdafiəsi  tədbirləri  barədə geniş auditoriyanın məlumatlandırılması məqsədilə çəkilir.                                                                              
Hüquqi və fiziki şəxslər öz təkliflərini 22  iyul 2016-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 724 AZ 1001 ünvanına və  ruhen40@gmail.com və kafondu@yandex.ru –e-mail-nə  göndərə bilərlər.  Kotirovka sorğusunda iştirak etmək üçün ən azı 3 il müvafiq sahədə təcrübə tələb olunur.  Video-çarx müqavilə bağlandığı tarixdən 30 gün müddətinədək ilkin versiyada təqdim olunmalıdır. 25 iyul 2016-ci il tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, kömürük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir.

Əlavə məlumat üçün Əlaqə:
Azərbaycan Bakı, Ì.Əfəndiyev küç.7/24   
Tel.: (994 12) 4925726
Fax: (994 12) 4952726                       
Email: 
ruhen40@gmail.com
KAFondu@yandex.ru



Âêîíòàêòå Ìîé Ìèð FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
© 2017 www.qhtxeber.az
Powered by Danneo