QHT TV
Arxiv
Yan.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     


Axtarış: 
Milli Net müsabiqəsinin qaydalarına dəyişikliklər edilib
+  -  Çap 
Yerləşdirilib: 29.09.10 | Baxılıb: 2215
qhtxeber.az// Azərbaycan Media Mərkəzində Milli Net 2010 Təşkilat Komitəsi tərəfindən mətbuat konfransı keçirilib. qhtxeber.az xeber verir ki, AİF prezidenti Osman Gündüz mətbuat konfransında çıxış edərək Milli Net 2010 nun məqsədləri və mərhələləri haqqında məlumat verib. O bildirib ki, Milli Net müsabiqəsinin keçirilməsində məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək,
ən yaxşı milli internet resurslarının təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdir.

O, bu il keçirilməsi nəzərdə tutulan müsabiqənin qaydalarında müəyyən dəyişikliklər edildiyini bildirilib: Ötən ildən fərqli olaraq nominasiyaların sayı artırılaraq 14-ə çatdırılıb. Ötən ildə olduğu kimi qiymətləndirmə prosesini internet istifadəçiləri tərəfindən deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyatı olan saytların müsabiqədə iştirakına yol verilmir. Onun sözlərinə görə, Münsiflər Heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanacaq və www.millinet.az saytında yerləşdiriləcək.

O.Gündüz Münsiflər Heyətinin tərkibinin də yeniləndiyini bildirib: Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlərin əsaslandırması zəruridir. Əvvəlki müsabiqələrdə qalib gəlmiş resurslar növbəti 3 il müddətində bu resursu müsabiqəyə təqdim edə bilməzlər. Ötən ildə olduğu kimi bu il də müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə veriləcək.

Qeyd edək ki, qeydiyyat prosesi noyabrın sonunda yekunlaşacaq. İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Netin tuncdan hazırlanmış xüsusi mükafatı hörümçək əks olunan buta təqdim olunacaq.




 FaceBook Twitter

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2017 www.qhtxeber.az
Powered by Danneo