Qiymətlər tənzimlənməlidirmi?

Rahilə Mehdiyeva


Son günlərdə qiymətlərin dövləttərəfindən tənzimlənməsi ən çox gündəmə gələn məsələlərdəndir. Məlum olduğu kimi, Azərbaycanda 40-dan çox mal və xidmətin qiyməti dövlət tərəfindən tənzimlənir. Hazırkı bazar şəraitində qalan bütün növ mal və xidmətlərin qiymətləri rəqabət şəraitində, tələb-təklif əsasında formalaşır.
 
Bəzən hər hansı mal növü üzrə istehsalın və satış bazarının inhisarlaşdırılmış olduğu söylənilsə də, araşdırmalarımız bunun əksini göstərir. Belə ki, çox da böyük olmayan Azərbaycan bazarı kifayət qədər açıq və rəqabətlidir. 
 
Nədənsə mövsümülük, idxal ölkələrindəki iqtisadi proseslər və yaxud digər iqtisadi amillərlə bağlı qiymət artımı baş verdikdə ekspertlərin ilk ağlına gələn qiymətlərin dövlət tənzimləməsi olur. Əslində isə, liberal bazar münasibətləri şəraitində tənzimlənən mal və xidmətlərin siyahısının genişləndirilməsi heç də məqsədəuyğun hesab olunmur. Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə bu cür hallarda bazar iqtisadi amillər vasitəsi ilə tənzimlənir.
 
Bu cür tənzimləmələr əsasən sağlam rəqabət mühitinin yaradılması, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, kiçik və orta sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi, idxalı əvəz edən mal və xidmətlərin yerli istehsal sfersının genişləndirilməsi və s. bu kimivasitələrlə həyata keçirilir.
 
Bundan başqa, sahibkarlarda bazarda rəqabətə tab gətirməküçün marketinq və idarəetmə planlarına yenidən baxmalı, istehsalda xarıci komponentlərin xüsusi çəkisinin azaldılmasına, yerli xammaldan istifadənin genişləndirməsinə, daha mütərəqqi texnologiyalardan istifadə etməklə keyfiyyətli, maya dəyəri daha ucuz və ən əsasıixraca yönələnməhsulların istehsalına  çalışmalıdırlar. Bu isə həm istehlak bazarında ucuzluq, həm də sahibkar üçün daha çox gəlir deməkdir.
 
Belə tənzimləmə istehlakçılarla yanaşı, sahibkarlıq subyektlərinin də mənafelərinin qorunmasını təmin edir. 
 
Bundan ən çox qazanan isə biz, daha ucuz mal almaq və ucuz xidmətlərdən istifadə imkanı əldə edən istehlakçılar olacaqdır. Çünki yerli istehsalın artırılması həm də istehlakçılara daha çox seçim imkanlarının yaradılması, seçim sferasının genişləndirilməsi deməkdir.
 
Sosial İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin Sədri