Fərdi sahibkar və hüquqi şəxslərin hesablarına daxilolmaların istifadəsinə dair sənədlər hansılardır?

Dövlət təşkilatlarından və dövlət müəssisələrindən fərdi sahibkar və hüquqi şəxslərin hesablarına daxilolmaların istifadəsinə dair sənədlər aşağıdakı kimidir.
 
a. Malların, işlərin (xidmətlərin) əldə edilməsi üzrə dövlət təşkilatlarından və dövlət müəssisələrindən daxil olan vəsaitin məxarici
 
Malların əldə edilməsi üzrə müqavilə
 
1. Əgər banka təqdim edilmiş müqavilə üzrə malların müqavilədə qeyd olunmuş və ya ehtimal edilən dəyəri 5000 AZN-dən artıqdırsa, sahibkarın hesabına mədaxil edilmiş məbləğin nağd məxaricinə icazə verilmir.
2. Əgər banka təqdim edilmiş müqavilə üzrə malların müqavilədə qeyd olunmuş və ya ehtimal edilən dəyəri 5000 AZN-dən aşağıdırsa, sahibkarın hesabından aylıq limit çərçivəsində nağd məxaricinə icazə verilir.
3. Əgər fərdi sahibkar və hüquqi şəxslərin hesablarına dövlət təşkilatı və ya dövlət müəssisəsindən daxil olan vəsaitin “dövlət vəsaiti, dövlət aldığı və dövlətin zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satınalma” üzrə mədaxil olmadığı bank tərəfindən əsaslandırılırsa, aylıq limit çərçivəsində nağd məxaricə icazə verilir.
4. Əgər sahibkar dövlət təşkilatlarından və dövlət müəssisələrindən daxil olan vəsaiti özünün digər bankdakı hesabına köçürürsə, ödənişin təyinatında “dövlət təşkilatlarından və dövlət müəssisələrindən daxil  olan
 
İşlərin və ya xidmətlərin əldə edilməsi üzrə müqavilə
 
1. İşlərin və ya xidmətlərin əldə edilməsinə dair banka təqdim edilmiş müqavilə üzrə sahibkarın hesabına mədaxil edilmiş məbləğin aylıq limit çərçivəsində nağd məxaricinə icazə verilir.
 
Dövlət təşkilatlarından və dövlət müəssisələrindən fərdi sahibkar və hüquqi şəxslərin bank hesablarına icarə haqqı üzrə daxilolmaların, habelə Qeyri-Hökumət Təşkilatlarının hesablarına daxilolmaların nağdlaşdırılması aylıq limit çərçivəsində icra olunur.(bbn.az)