“Qarabağ – mədəniyyətimizin beşiyi”: Laləzar körpüsü

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
 
Layihə çərçivəsində növbəti material Laləzar körpüsü abidəsinə həsr edilib.
 
Laləzar körpüsü Qubadlı rayonu Əliquluuşağı kəndindən keçən Bərguşad çayı üzərində 1867-ci ildə salınıb. Körpü bir tağlı olub alt hissəsi oval, yuxarı hissəsi düz formalıdır. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilib. Laləzar körpüsünün eni 2,8 metr, su səthindən hündürlüyü 4,5 metrdir.