Şuranın dəstəyilə 70 aztəminatlı ailəyə birdəfəlik ərzaq yardımı ediləcək

qhtxeber.az  “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi “Saatlı və İmişli rayonlarında COVİD 19 pandemiyasından daha çox əziyyət çəkən ailələrə maddi dəstək verilməsi” layihəsinin icrası davam etdirir. 
 
Layihə layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə reallaşdırılır. 
 
İctimai Birliyin sədri Mirata Ağayevin qhtxeber.az-a verdiyi məlumata görə, layihə çərçivəsində İmişli və Saatlı rayonları ərazisində yaşayan 70 aztəminatlı ailəyə birdəfəlik ərzaq yardımını həyata keçiriləcək. Artıq layihədən faydalanacaq aztəminatlı ailələrin siyahısı müəyyənləşdirilib.