Şuranın dəstəyilə təşkil olunan onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

qhtxeber.az  Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Evdə qal,cəmiyyəti qoru” adlı onlayn rəsm müsabiqəsi təşkil edib.
 
 
İki aya yaxın davam edən onlayn rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunub. 
 
 
Bu barədə qhtxeber.az-a Birliyin sədri və layihə rəhbəri Səbinə Kərimova məlumat verib. 
 
 
Onun sözlərinə görə, layihənin məqsədi insanların karantin dövründə evdə qaldıqları müddəti daha maraqlı etmək və onlara az da olsa bu kimi müsabiqələrə qoşmaqla vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuşdur.
 
 
"Layihədə 8 könüllü ekspert  iştirak etmişdir. Bundan əlavə onlayn səs vermədə isə 600 dən çox sosial şəbəkə istifadəciləri iştirak edib. Müsabiqədə iştirak edən azyaşlılar və yeniyetmələr arasında davam edən müabrizədə 6 nəfər üç yerin qalibi və bir nəfər ümumi qalib olaraq təyin olunmuşdur. Ölkəmizdə sərtləşdirilmiş karantin şərtlərini nəzərə alaraq, 2 hissədən ibarət təşkil olunan tədbirdə 10 nəfər iştirak edib və hər qrup üzrə 4 nəfər mükafatlandırılıb. Bundan əlavə onlayn rəsm müsabiqəsində iştirak edən azyaşlılara da təşəkkürnamələr təqdim olunub"-deyə Səbinə Kərimova vurğulayıb.