"Mən səni Azərbaycan qədər sevirəm!"

Azərbaycan Televiziyasının Sosial Media Qrupu şəhidlərin ruhuna ehtiram əlaməti və gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə yeni sosial çarx hazırlayıb.
 
Lakonik və ibrətamiz səciyyəli bu yeni layihədə Azərbaycan və yurd sevgisi konkret bir ailənin timsalında hamının ürəyindən keçən istəkləri əks etdirir.
 
Videoçarxın ideya müəllifi və rejissoru Nicat Qədimli, operatoru Murad Muradlı, işıqçı Anar Dadaşov, fotoqraf Rauf Mehin, assistentlər Bella Ağazadə və Pərvin Rüstəmov, montaj edəni isə Soltan İbrahimovdur. Layihədə Murad Məmmədov, Nigar Camal və Mələk Rüstəmova aktyor kimi iştirak ediblər.