Şuranın dəstəyilə pandemiya ilə əlaqədar aztəminatlı ailələrə sosial yardımların göstəriləcək

qhtxeber.az  “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Pandemiya ilə əlaqədar aztəminatlı ailələrə sosial yardımların göstərilməsi və  maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.
 
Bu barədə qhtxeber.az Birliyin rəhbəri İndira Şəmsivari məlumat verib.
 
Onun sözlərinə görə, layihənin məqsədi Pandemiya ilə əlaqədar aztəminatlı ailərə yardımların göstərilməsi və  online görüşlərin təşkil edərək onların karantin müddətində maarifləndirilməsini təşkil etməkdir.
 
Hazırda layihə üzrə hazırlıq  mərhələsi başlayıb və aztəminatlı olan 40 ailə müəyyənləşdirilir. Müəyyənləşdirilən ailələrlə onlayn görüş təşkil olunaraq, onlara maarifləndirici təlim təşkil olunacaq.