QHT müharibə veteranlarına ərzaq yardımı ilə dəstək olur

qhtxeber.az  Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən 245 nəfər müharibə veteranına dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov tərəfindən ərzaq yardımının paylanılması davam etdirilir.
 
Bir neçə gündür davam edən xeyriyyə aksiyası çərçivəsində Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Qəbələ, Şəki, Göyçay, Ağdaş, Balakən Zaqatala rayonlarında yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
 
Görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
 
Koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə müharibə veteranlarına Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı tərəfindən ərzaq yardımı ilə dəstək olunması davam etdirilir.