Şuranın dəstəyilə “Birləşək və paylaşaq”

qhtxeber.az  "İnnovativ İdeya və Təşəbbüslər" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə elan etdiyi müsabiqəyə təqdim etdiyi “Birləşək və paylaşaq” layihəsi qalib olmuşdur.

Layihənin məqsədi əhalinin koronavirus haqqında məlumatlanması, əhalinin həssas təbəqəsindən olan insanlarımıza (aztəminatlı ailələrə və tənha yaşlılara, günəmuzd çalışanlara) ərzaq yardımlarının paylanılmasıdır. 

Qeyd edək ki, Zaqatala rayonunda icra olunacaq layihədən əsasən aztəminatlı ailələr, ailə başçısını itirənlər, tənha yaşlılar, günəmuzd çalışanlar olmaqla 50 ailə faydalanacaq.