QHT layihələrinin "Vətəndaş qiymətləndirməsi" mərhələsi başladı

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gündən başlayaraq 2020-ci il qrant müsabiqələri çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin qiymətləndirilməsində fəal iştiraka dəvət edir!
 
QHT layihələrinin qiymətləndirilməsində vətəndaşların birbaşa iştirakı Şuranın fəaliyyətində şəffaflığı daha da gücləndirməklə yanaşı, cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir.
 
Şuranın dəstəyi ilə hazırlanan bu videoçarxdan istifadə etməklə vətəndaş qiymətləndirməsi prosesində iştirak edə bilərsiniz