Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edilib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə Türkiyə arasında bir sıra sənədlərin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
 
qhtxeber.az trend-ə isyinadən məlumat verir ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
 
Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib.