Bahar Muradova QHT sədrini qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevı qəbul edib.
 
Bu barədə KAF sədri sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Məlumatda qeyd olunub ki, görüşdə Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan təklifləri və tədqiqat hesabatını müzakirə edilib.
 
Əliməmməd Nuriyev bildirib ki, Bahar Muradova ilə qadınların, xüsusən evdar xanımların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılması ilə bağlı mümkün tədbirləri və təşəbbüsləri müzakirə edilib.  
 
Bahar Muradova isə öz növbəsində Komitənin bu məsələlərə həssas yanaşdığını, Komitənin baxışını, yanaşmasını diqqətə çatdırıb, bu və Komitənin fəaliyyət dairəsinə daxil olan bütün məsələlərdə Komitənin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edəcəyini xüsusi qeyd edib. Hazırda Konstitusiya Araşdırmalar Fondu tərəfindən irəli sürülən təkliflərin nəzərdən keçirildiyini bildirib. Həmçinin bu mövzu ilə bağlı məsələlərin müzakirəsi üçün birgə müzakirələrin və tədbilərin keçirilməsi ilə bağlı təşşəbbüslər olacağını qeyd edilib. Öz növbəmdə vətəndaş cəmiyyətinin mövqeyini, baxışını diqqətə çatdırılıb.
 
Əliməmməd Nuriyev bildirib ki, “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayına qədər icra olunub. "Layihə çərçivəsində Azərbaycanda qadınların ödənişsiz qayğı və məişət işlərinin dəyərləndirilməsi ilə bağlı vəziyyət Tədqiqat hesabatı hazırlanıb. Hesabat Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi ilə bağlı problemlərin araşdırılmasını, beynəlxalq təcrübədə tətbiq edilən yanaşmaları, layihə çərçivəsində Şəki-Zaqatala bölgəsində evdar qadınlar və kişilər arasında keçirilən sorğunun nəticələrini, milli qanunvericilikdə qadınların sosial-əmək münasibətləri sahəsində hüquqları, onlara verilən imtiyaz və güzəştlər təhlilini və tövsiyyələri əhatə edir".
 
Hesabatla bu link vasitəsilə tanış ola bilərsiniz.
Layihə çəriçivəsində həmçinin EvdarTV yaradılıb.