BMqT reginlarda icmanın məlumatlandırılması üçün onlayn görüşlər keçirir

qhtxeber.az  Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri aprel-may ayları ərzində Ağcabədinin Boyat, Kəhrizli, Hacılı, Hüsülü kəndlərinin, Ağdamın Üçoğlan, Xındırıstan kəndlərinin və Bərdə rayonunun Şərəfli kəndinin icmalarının üzvlərinin iştirakı ilə onlayn görüşlər keçirib. 
 
BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə iştirakçılara məlumat verilib, təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulanıb. Onlayn yığıncaqlarda, həmçinin icma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kəndlərdə yaradıcılaq Su İstifadəçi Komitəsinin layihənin icrası və sonrakı dövrlərdə vəzifə və öhdəlikləri izah edilib. 
 
İcma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün onlayn yığıncaqların sonunda Su İstifadəçi Komitələrinə 9 üzv seçilib
 
Qeyd edək ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.