Beynəlxalq QHT xidmət müqaviləsi meneceri vəzifəsi üzrə məsləhətçi axtarır

Beynaxalq Ailə Sağlamlığı (FHI 360) təşkilatı ABŞ İnkişaf Agentliyinin (USAID/Azərbaycan) 3,5 illik Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsində icraçı tərəfdaşdır.
 
ECSOFT-nun məqsədi dövlət qurumlarının şəffaflığını və hesabatlılığını artırmaq üçün Vətəndaş Cəmiyyəti Təşkilatlarına (VCT) və Azərbaycan dövlət qurumlarına dəstək verməkdir.
 
FHI 360, Azərbaycanda ECSOFT layihəsinə kömək etmək üçün xidmət müqaviləsi meneceri vəzifəsi üzrə məsləhətçi axtarır.
 
Məsləhətçinin vəzifələri aşağıdakılardan ibarət olacaqdır:
 
•İctimai maraqların müdafiəsi (advocacy) təşəbbüsləri və büdcələr üçün xidmət müqaviləsi təkliflərinə baxılması.
•Xidmət müqaviləsi təkliflərini, büdcələri, Monitorinq və Qiymətləndirmə planlarını müzakirə və yenidən nəzərdən keçirmək üçün təsdiq edilmiş xidmət müqaviləsi müraciətçiləri ilə görüş.
•Xidmət müqaviləsi paketləri üçün əvvəlcədən tələb olunan sənədləri, xidmət müqavilələrini və memorandumların müvafiq hissələrini hazırlamaq.
•Xidmət müqaviləsi paketlərinin hazırlanması və qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilməsində subpodratçılara kömək etmək.
•USAID-in subpodratçı tələblərinə uyğunluğunu təmin etmək üçün subpodratçıların monitorinqi, subpodratçılara verilən tapşırıqların nəzərdən keçirilməsi və FHI 360 komandası ilə razılaşdırılaraq subpodratçılar üçün ödəniş tələblərinin işlənməsi.
•Vətəndaş cəmiyyəti təşkilatlarının təşkilatçılıq bacarıqlarını qiymətləndirmək və institusional gücləndirmə planlarını hazırlamaq üçün onlarla işləmək.
 
Bacarıqlar və təcrübə
 
•USAID-in qrantlar və müqavilələrin idarə olunması ilə bağlı qaydaları ilə tanışlıq
•Vətəndaş cəmiyyəti təşkilatlarının təşkilatçılıq qabiliyyətlərini qiymətləndirmək və inkişaf planlarını hazırlamaq təcrübəsi
•Vətəndaş cəmiyyəti təşkilatlarına təlim keçmək təcrübəsi
•Layihə monitorinqi və idarəetmə təcrübəsi
•İnglis və Azərbaycan dillərini mükəmməl bilmək.
 
MÜRACİƏT QAYDASI
 
Müraciət edən şəxsdən niyyət məktubu və CV-sini (ərizəçi haqqında məlumat verə biləcək üç şəxs haqqında məlumat (“references”) və gözlənilən gündəlik xidmət haqqını göstərilməklə) ingilis dilində xanım Lidiya Cordesə lcordes@fhi360.org , surətini (“cc”) isə office@mgc.az elektron poçtuna göndərməsi xahiş olunur. Yalnız birinci mərhələni keçən namizədlərlə əlaqə saxlanılacaq.
 
Dərc edilmə tarixi: 23 aprel, 2020
Son təqdim edilmə tarixi: 30 aprel, 2020
Vəzifə: Xidmət Müqaviləsi Meneceri
İşin müddəti: may 2020 - sentyabr 2020