Şura Real TV ilə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı yeni onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayır

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Real TV ilə birlikdə aprelin 7-dən etibarən “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayır. Kampaniya çərçivəsində günaşırı olaraq QHT rəhbərlərinin və tanınmış şəxslərin iştirakı ilə müxtəlif mövzularda ictimai müzakirələr təşkil olunacaq.
 
İlkin olaraq 10 istiqamət üzrə müzakirələrin mövzuları (siyahı əlavə olunur) müəyyən olunub. Digər mövzular isə QHT-lərin və vətəndaşların istək və təklifləri əsasında formalaşdırılacaq. İctimai müzakirələrin moderatoru və qonaqları barədə öncədən məlumat veriləcək. Hamınızdan maraqlı ideya və təkliflər gözləyirik.
 
İlk ictimai müzakirə aprelin 7-si saat 15:00-da “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin moderatorluğu ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyətlə bağlı məlumatlandırma” mövzusunda keçiriləcək. Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova, Addım Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Kamil Həmidov və “Gənc psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruc canlı yayımda mövzu ilə əlaqədar çıxış edəcək həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Evdə qalaq, bilgi alaq”onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasının İş Planı
 
 1. 07.04.2020 15:00 Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma
 2. 09.04.2020 15:00 Koronavirusla bağlı tibbi maarifləndirmə
 3. 11.04.2020 15:00 Post koronavirusun dünya düzəninin dəyişməsinə təsiri
 4. 13.04.2020 15:00 4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar
 5. 15.04.2020 15:00 Sosial şəbəkələr başlıca kommunikasiya vasitəsi kimi özünü nə qədər doğrultdu?
 6. 17.04.2020 15:00 Şuranın maliyyə dəstəyi ilə hazırlanmış filmlərin yaradıcı heyətləri ilə görüş və müzakirələr
 7. 20.04.2020 15:00 Şuranın maliyyə dəstəyi ilə hazırlanmış kitabların müəllifləri ilə görüş və müzakirələr
 8. 22.04.2020 15:00 Mədəniyyət və incəsənət xadimləri ilə görüşün təşkili
 9. 24.04.2020 15:00 Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş
10. 27.04.2020 15:00 Azərbaycanın milli mətbəxinin tarixi haqqında müzakirələr.