Şura üzvləri, QHT sədrləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verməkdədilər

Xəbər verildiyi kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev tvitter hesabında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait/ianə köçürmək haqqında qərar qəbul edildiyini bildirib. Həmin açıqlamada Şura sədri bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırmışdı. 

Artıq Şura üzvləri, QHT təmsilçiləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait/ianə köçürmələri haqda məlumat paylaşmaqdadılar. İlk olaraq Şura üzvü Anar Xəlilov facebook səhifəsində fonda vəsait köçürməsi haqda məlumat yayıb. "Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdüm"

Daha sonra QHT sədri Mahirə Əmirhüseynova vəsait köçürməsi haqda məlumat verib. "QHT sədri kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdüm. Bütün həmkarlarımı dəstək olmağa dəvət edirəm!"

Bu müraciətə dəstək verənlərdən biri də QHT sədri Niyaməddin Orduxanlı olub. O, bildirib ki, "QHT sədri kimi 2-ci dəfə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdüm. Bütün həmkarlarımı dəstək olmağa dəvət edirəm!"