QHT-dən unikal addım: Eşitmə və nitq məhdudiyyəti olan şəxsləri koronavirusla bağlı məlumatlandırır

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün facebook səhifəsində Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərərgahın məlumatını işarət dilində paylaşıb. 
 
Cəmilə Çingizqızı qeyd edib ki, “Bu virus bir qara buluddur. Azərbaycan xalqının üzərindən tezliklə keçib gedər. Allah dünyamızı tezliklə bu bəladan qutarar. Hər bir vətəndaşımıza səbr və sağlamlıq arzulayıram”