Daha bir təşkilat Prezidentin Fərmanına dəstək kampaniyasına qoşuldu

Bu gün xalqımız həmişə olduğundan daha artıq birlik nümayiş etdirir. Yaşlı nəsilə qayğı, bir-birinə dəstək, səbr, təmkin bu günlərdə bizdən tələb olunan və koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əsas vasitəyə çevrilib. Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. Prezident İlham Əliyevin sərəncamı ilə 19 martda yaradılan və bir gün sonra hesabları açılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna artıq 78 milyon 764 min 611 manat pul toplanıb.
 
Bildiyiniz kimi, ilkin olaraq Azərbaycan Prezidentinin Ehtiyat Fondundan bu məqsədlə 20 milyon manat vəsait ayırılıb. Daha sonra Prezident birillik əməh haqqını Fonda köçürüb.
 
Ölkə başçısının rəhbərliyi altında görülən işlərin xüsusi əhəmiyyətinə anlayanlar arasında QHT-lər də var. Prezident tərəfindən atılan bütün addımları dəstəkləyərək "Ailə" Sosial Araşdırmalar İctimai Birliyi də yaradılmış Fonda 1000 AZN məbləğində ianə ayırıb. QHT digər bu məqsədlə açıqlama da yayıb: "Bu mübarizədə Fonda dəstək üçün bütün Qeyri Hökumət Təşkilatlarını (QHT) milli həmrəyliyə və bu virusa qarşı birgə mübarizədə birlik olmağa çağırırıq. Az-çox demədən Fonda dəstək olmaq hər kəs üçün bir ümiddir. Düşünürük ki, biz bu addımımızla əziz bildiklərimizi də müdafiə etmiş olacağıq". 
 
İctimai Birlik Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tövsiyə və qərarları əməl etməyin, evdə qalaraq özünün və ətrafındakı insanların sağlamlığını qorumağın vacibliyini diqqətə çatdırıb.