QHT müsabiqə elan edib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ölkə gənclərinin peşəkar komandanın üzvü olmaları, yeni imkanlar, maraqlı və ödənişli iş əldə etmələri üçün müsabiqə elan edib.
 
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə gənclər üç əsas istiqamət - mətbuat və ictimaiyyətlə əlaqələr, eləcə də klublarla iş üzrə menecer və koordinator vəzifələri üzrə vakansiyalara müraciət edə bilərlər. Müsabiqə üçün müraciətlər martın 16-da saat 18:00-dək qəbul olunur.
Hər üç vakansiya ilə bağlı əsas vəzifə, öhdəlik və tələblər barədə ATGTİ-nin saytında (https://atgti.az/vacancies) ətraflı məlumat verilib.
 
Maraqlanan namizədlər CV-lərini human.resources@atgti.az ünvanına mövzu ilə bağlı müvafiq başlığı daxil etməklə göndərə bilərlər. Müraciət edən şəxslər arasından yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. Digər şəxslərin CV-ləri məlumat bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcək.