Könüllülər şəhid anasını ziyarət ediblər

“Könüllü qonaq” təşəbbüsünə qoşulan Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Katex kənd sakini, şəhid anası, 77 yaşlı Üneyzət Mahalovanın evinə qonaq gedib, ona qayğı göstəriblər.
 
Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda müharibədə canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək, şəhid ailələrinə mənəvi cəhətdən dəstək olmaqdır.
 
Könüllülər Üneyzət nənənin əhvalı ilə maraqlanıb, evində təmizlik işləri aparıb, həyətində səliqə-sahman yaradıblar.