Şuranın dəstəyilə sahibkarlar arasında könüllü və intizamlı vergi ödəyicisi olmaq təbliğ ediləcək

qhtxeber.az  Biznes dünyasının böyük əksəriyyətini təşkil edən mikro, kiçik sahibkarları, fermerləri bir sıra problemlərin həlli maraqlandırır ki, bunlardan da öndə gələni Vergi orqanlarının təqdim etdiyi Elektron xidmətlərdən istifadə və Şəffaf fəaliyyətə başlamaqdır.
 
Bunu nəzərə alaraq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprel ayının 1-dən "Sahibkarlar arasında könüllü və intizamlı Vergi ödəyicisi olmağın təbliği" layihəsinin icrasına başlayır.
 
Məlumdur ki, orta və iri sahibkarlıq subyektlərində Vergi uçotunun təşkili, elektron xidmətlərdən istifadə, o cümldədən Könüllü Vergi ödəmə mədəniyyəti kiçik biznesə nisbətən daha yaxşı təşkil olunmuş və sistemli yanaşmaya malikdir. Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı digər regionlarda da treninqlər keçiriləcək.