“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi aqrar xidmətlərin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq

"Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi Azərbaycanda aqrar xidmətlərin gücləndirilməsində, fermerlərin informasiya xidmətlərinə əlçatanlığının artırılmasında, eləcə də kiçik sahibkarların informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacaq.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib.
 
Qeyd olunub ki, hazırda bu xidmətlər dövlət tərəfi ilə yanaşı, özəl sektor, QHT-lər və fermer assosiasiyaları vasitəsi ilə də təmin edilir.
 
“Layihənin digər məqsədlərindən biri də aqrar sahədə məhsuldarlığın artırılması və fermerlərin bazara çıxış imkanlarının artırılmasıdır”, -deyə M. Çakmak vurğulayıb.