“El havası” Masallıda

qhtxeber.az  Masallı rayon Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyi tərəfindən “El havası” adlı yeni əyləncəli musiqili layihə həyata keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli mədəni irsimizi təbliğ etməkdir. Yarışma rəqs, solo ifa, musiqi alətində ifa nominasiyaları üzrə reallaşdırılıb. N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində iki gün davam edən yarışmada Salyan, Neftçala Cəlilabad, Biləsuvar, Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik şəhər və rayonlarından olan 100 nəfərə yaxın yeniyetmə və gənc öz istedadlarını nümaiş etdiriblər.
 
Qeyd edək ki, zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala-konsert proqramında maraqlı sürprizlər gözləyir.