QHT-lərin nəzərinə!

qhtxeber.az  Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edib. 
 
Budəfəki qrant müsabiqəsində tətbiq olunan bir yenilik də məlumatlandırma sessiyalarının Şuranın qrant müsabiqəsi keçirdiyi qurumların ofisində təşkil olunmasıdır.
 
QHT-ləri müsabiqə mövzuları, müsabiqə qaydaları və digər bütün məsələlərlə bağlı suallara cavab almaq üçün aşağıda qeyd olunan məlumatlandırma sessiyalarında fəal iştirak etməyə dəvət edirik:
 
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (29 noyabr 2019-cu il, saat 15:00. Keçmiş Vergilər Nazirliyinin binası. Landau küç. 16)
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (28 noyabr 2019-cu il, saat 11:00. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası. Bakı şəhəri, Azadlıq prospekti 161)
3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (26 noyabr 2019-cu il, 11:00. Milli Kitabxananın binası. Bakı şəhəri, Xaqani küçəsi, 31)
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (25 noyabr 2019-cu il, saat 15:00. Aqrar Tədqiqatlar Mərkəzinin inzibati binası.Bakı şəhəri,Səbail rayonu, Nizami küçəsi 92, Fransa-Azərbaycan İnistitutu ilə üzbəüz)
5. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi. (28 noyabr 2019-cu il, saat 15:00. Komitənin inzibati binası.Bakı şəhəri, Moskva prospekti 57)
6. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (29 noyabr 2019-cu il, saat 15:00. Komitənin inzibati binası.Bakı şəhəri, Əhməd Cavad kücəsi 16)
7. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (25 noyabr 2019-cu il, saat 11:00. Agentliyin inzibati binasının “Mingəçevir” iclas zalı.Bakı şəhəri, Lev Tolstoy küçəsi, 170)
8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (27 noyabr 2019-cu il, saat 11:00. Mərkəzin inzibati binası.Bakı şəhəri, Nərimanov rayonu, Atatrük prospekti 89).
 
Qeyd edək ki, Şuranın birgə müsabiqə keçirdiyi digər qurumlarda təşkil olunacaq məlumatlandırma sessiyalarının vaxtı və ünvanı haqqında da sizə məlumat veriləcək.