Layihələrin qəbulu üçün son tarix 30 noyabrdır

qhtxeber.az  Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafına dair qrant müsabiqəsi elan edib.
 
Ümumi təhsil və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində təhsilə cəlb olunmuş şagirdlərin sağlamlığının qorunması, fiziki-psixi inkişafının, təlim nailiyyətləri və təhsil ehtiyaclarının qiymətləndirilməsi, onların arasında sağlam həyat tərzinin təşviqi, ümumi təhsil və xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının monitorinqi və bu istiqamətlərdə işlərin aparılması üçün kadr hazırlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafı üzrə qrant müsabiqəsi elan edir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilərlər.     
 
Müsabiqədə iştiraka dair tələblər:
Qeyri-hökumət təşkilatları qrantla bağlı müraciətə aşağıdakı sənədləri əlavə etməlidir:
1. Layihə təklifi (Əlavə 2);
2. Layihənin icra planı (Əlavə 6);
3. Layihənin xərclər smetası (Əlavə 5);
4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış);
5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
6. Təşkilatın Nizamnaməsinin surəti;
7. Təşkilatın VÖEN-nin surəti;
8. Təşkilat haqqında ümumi məlumat;
9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;
10. Layihədə iştirak edən şəxslərin CV-ləri;
11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış;
12. İnklüziv və xüsusi təhsil sahəsində müvafiq təcrübəni təsdiq edən sənəd və məlumatlar.
 
Layihələrin təqdim edilməsi:
Ərizələr  elektron formada st2019@edu.gov.az ünvanına göndərilməlidir.
 
Qiymətləndirmə meyarları:
1. Təhsil sahəsi üzrə layihələrdə qurumun minimum 5 illik təcrübəsi;
2. Layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma;
3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin eyni məzmunlu  layihələrdə iştirak təcrübəsi;
4. Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması;
5. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və  icrası ilə bağlı risklərin qiymətləndirilməsi.
 
Müsabiqənin müddəti:
Layihələrin qəbulu 20 noyabr 2019-cu il tarixindən başlayır və noyabrın 30-da başa çatır.
Layihələrin qəbulu üçün son tarix: 30 noyabr 2019-cu il, saat 18:00
 
Əlaqə:
Ünvan: Bakı şəhəri, Xətai 49, Telefon: 146, Elektron poçt: st2019@edu.gov.az