Moskvadakı hipermarketdə “Azərbaycan sovqatları” stendi açılacaq

Moskvadakı “Tvoy dom” hipermarketində “Azərbaycanın sovqatları” stendi açılacaq.
 
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Moskvanın Kuntsevo rayonundakı “Veqas” ticarət-əyləncə kompleksində yerləşən “Tvoy dom” hipermarketində noyabrın 17-də “Azərbaycan sovqatları” stendi açılacaq.
 
Stenddə “Made in Azerbaijan” brendi ilə məhsullar təqdim ediləcək.
 
Qeyd edək ki, Azərbaycan məhsullarının irəlilədilməsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın bir çox ölkələrində “Mаde in Azerbaijan” brendi ilə ticarət evləri yaradılır. Bu layihə Rusiya, Çin, BƏƏ və Polşada artıq öz əksini tapıb. Ticarət evinin fəaliyyət istiqamətlərindən biri “Azərbaycan sovqatları” brendi ilə konseptual mağazalar açmaqdır. Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəstəyi ilə bu ilin martında “DEPO” qastromarketi ərazisində belə bir mağaza açılıb.